İkinci tur gərgin qarşılaşmalarla yadda qalıb

17.10.2023

İkinci tur gərgin qarşılaşmalarla yadda qalıb

Oktyabrın 15-də Bakı Olimpiya Stadionunun süni meydançasında “Aqro-Vest DC” Futbol Turnirinin ikinci turunun oyunları baş tutub. Bu tur gərgin qarşılaşmalarla yadda qalıb.

İlk qarşılaşma “Yamac”la “Lukas” arasında keçirilib və oyun ikincinin böyükhesablı qələbəsilə başa çatıb: 1-12.

 “Caffino” və “Aplus”un görüşündə isə ikinci rəqibi üzərində qələbə qazanıb: 2-5.

Üçüncü oyun “Sloboda” və “Slavyanskoe” komandaları arasında baş tutub və birinci böyük məğlubiyyətlə rəqibinə uduzub: 0-8.

Daha bir böyükhesablı qələbəni ”Makfa” rəqibi “Roshen” üzərində qazanıb: 13-1.

A qrupunda 6 xalla “Aplus”, B qrupunda isə 4 xalla “Lukas” öndədir. 

Xəbərlər

1 / 338
AZ EN RU