4-cü turun nəticələri məlum oldu

13.06.2023

4-cü turun nəticələri məlum oldu


Xəbər verdiyimiz kimi, ötən bazar günü “Aqro-Vest DC” şirkətinin öz əməkdaşları arasında futbol üzrə təşkil etdiyi “Heydər Əliyev Kuboku”nun dördüncü turu keçirilib.

Şirkətimizin Satış departamentinin əməkdaşlarından ibarət “Slavyanskoe” və “Roshen” komandalarının yarışında görünməmiş nəticə qeydə alınıb. “Slavyanskoe” rəqibini 21:1 hesabıyla məğlub edib.

“Caffino”  və “Yamac” qarşılaşmasında komandalar oyunu az fərqlə başa vurublar – 4:3.

“Lukas” və “Aplus” oyununda isə bərabərlik əldə olunub – 2:2.

Xatırladaq ki, oyunlar Bakı Olimpiya Stadionunun kiçik meydançasında keçirilir.

Hazırda “Aplus” komandası 10 xalla turnir cədvəlinə başçılıq edir.

 “Slavyanskoe” ikinci (9 xal), “Lukas” isə üçüncü (7 xal) yerdə qərarlaşıb.

 

Xəbərlər

1 / 338
AZ EN RU