“Konditer Profi” məhsulları yerli bazarda

25.05.2023

“Konditer Profi” məhsulları yerli bazarda

 Bu günlərdə “Aqro-Vest DC” MMC-nin tərəfdaşları arasına daha bir şirkət qoşulub.

Artıq bundan sonra yerli bazarda Rusiyanın “Konditer Profi” («Кондитер Профи») qənnadı fabrikinin məhsullarını tez-tez görəcəksiniz.

Şirkət 1929-cu ildə “Pişevik” («Пищевик») qənnadı və zəncəfil çörək arteli kimi fəaliyyətə başlayıb. Kolbasa, şirniyyat, zəncəfil, dondurma istehsal edib.

2010-cu ilə qədər müxtəlif adlarla fəaliyyət göstərsə də, həmin ildən “Konditer Profi” adı ilə işinə davam edib. Həmin vaxtdan fabrikin istehsal etdiyi bütün məhsullar “Konditer Profi” loqosu ilə tanınır.

“Konditer Profi” hazırda yerli və xarici müştəriləri arasında daha böyük tələbat olan qənnadı məmulatlarının istehsalını həyata keçirir.

Fabrikin məhsul çeşidinə klassik və mini karamel, draje, meyvəli şokoladlar, marmelad və müxtəlif şirniyyatlar daxildir.

Bütün məhsullar sertifikatlaşdırılıb və Rusiya standartlarına tam uyğundur. Şirkətin məhsulları təkcə Rusiyada deyil, həm də xarici rəğbətlə qarşılanır.

“Aqro-Vest DC” MMC olaraq yerli bazarda istehlakçılara bu brendə məxsus draje, konfet və karamel olmaqla 32 adda qənnadı məhsulu təqdim edirik.

Xəbərlər

1 / 331
AZ EN RU