“Aqro-Vest DC” Futbol Turniri-2023”-ün final və üçüncü yer uğrunda oyunları keçiriləcək

06.11.2023

“Aqro-Vest DC” Futbol Turniri-2023”-ün final və üçüncü yer uğrunda oyunları keçiriləcək

Noyabrın 12-də Bakı Olimpiya Stadionunun kiçik meydançasında “Aqro-Vest DC” Futbol Turniri-2023”-ün final və üçüncü yer uğrunda oyunları keçiriləcək.

Finalda “Slavyanskoe” və “Lukas” komandaları yarışacaqlar.

“Aplus” və “Caffino” komandaları isə üçüncü yer uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, tədbirdə azarkeşlər üçün həm də maraqlı oyunlar, əyləncəli musiqilər və uduşlu lotoreya nəzərdə tutulub.

Yarışlara baxmaq üçün azarkeşlər biletlərlə təmin olunacaqlar.

Həmin biletlərdəki nömrələr lotoreya əsasında uduşlu sayılacaq və qaliblər dəyərli hədiyyələrlə təltif olunacaqlar.

Giriş hər kəs üçün sərbəstdir, lakin uduşlu biletlər yalnız şirkət əməkdaşları üçün nəzərdə tutulub. 

Xəbərlər

1 / 338
AZ EN RU