“Aqro-Vest DC” MMC rəhbərliyinin Qurban bayramı münasibətilə təbriki

27.06.2023

“Aqro-Vest DC” MMC rəhbərliyinin Qurban bayramı münasibətilə təbriki

Hörmətli həmkarlar, əziz “Aqro-Vest DC” MMC ailəsi!

Bu günlər bütün dünya müsəlmanları müqəddəs Qurban bayramını qeyd edir. İslam dininin əsas bayramlarından olan Qurban bayramı yüzillərdir ki, xalqımız tərəfindən coşqu ilə qeyd edilir.

Bu bayram insanlar arasında dostluq, bərabərlik, şəfqət və sair insani duyğuları gücləndirən, üzə çıxaran mənəvi bir tədbirdir.

Hər kəs bu bayramı sevdikləri, doğmaları ilə bir arada qeyd edir, eləcə də başqaları ilə doğmalaşır, bu da insanlar arasında mənəvi bağları möhkəmləndirir.

Sizi dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, firəvan həyat, bol ruzi bərəkət arzu edirik!

Qoy bu bayram hər birinizə sevinc və xoşbəxtlik dolu günlər gətirsin!

Etdiyiniz duaların, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunması arzusu ilə sizə səmimi təbriklərimizi yetiririk!

Qurban bayramınız mübarək olsun!

 “Aqro-Vest DC” MMC-nin rəhbərliyi

Xəbərlər

1 / 338
AZ EN RU