06.01.2023
Sevdiyiniz şokolad çay içməyiniz və bundan zövq alaraq yorğunluğunuzu çıxarmağınız üçün göydəndüşmə səbəb ola bilər.
Biz isə düzgün şokolad seçimində sizə yardımçı ola bilərik. Çünki bir sıra ölkələrin qabaqcıl qənnadı fabriklərilə əməkdaşlıq edərək onların brend şokolad məhsullarını ölkəmizə gətiririk.
Bu sırada dünyaca məşhur qənnadı brendləri sayılan “Roshen”, “Azovskaya”, “AVK”, “Lukas”-ın şokoladları ayrıca yer tutur.
Supermarketlərdə bu brendləri tapmaq və almaq üçün rəflərə ötəri göz atmağınız yetər. Asanca əldə edə biləcəyiniz bu şokoladlar sizə gün boyu dolub daşan enerji verəcək. Ona görə ki, şokolad insanda “xoşbəxtlik hormonu” adlanan serotoninin yaranmasını təmin edir.
Şokoladın tərkibində nə qədər bol kakao varsa, onun faydası da bir o qədər çoxdur. Kakao qanda xolesterolu azaldır, insult və infarkt riskini aşağı salır, trombların yaranmasını əngəlləyir, ürək-damar xəstəlikləri riskini aradan qaldırır.
Bu sevimli qidanın tərkibində maqnezium, fosfor, kalium, dəmir kimi elementlər, eləcə də B qrup vitaminləri var.
Şokolad stressə qarşı əla dərmandır. Ona görə ki, tərkibindəki maqnezium beyinin dincliyini uzun müddət təmin etmək gücünə malikdir.
Xəbərlər