20 Yanvar Faciəsi Qurbanlarının Anım Günü

19.01.2022

20 Yanvar Faciəsi Qurbanlarının Anım Günü

1990 –ci il yanvar ayının 19-dan 20-nə keçən gecə Sovet imperiyası erməni vandalizminə, soydaşlarımıza edilən haqsızlıqlara qarşı öz haqq səsini duyurmağa çalışan Azərbaycanın dinc əhalisinə qarşı Bakı şəhərinə ağır hərbi texnikalar yeritmişdi.Sovet Ordusu qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycanın  rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz şəkildə həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Lakin,bütün bu vəhşiliklərə baxmayaraq, Azərbaycan xalqının mübariz ruhu əzilməmiş və əksinə müstəqillik yolunda qətiyyətli addımlar atılmışdır.

          O çətin  günlərdə Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının qəlbində böyük ağrı hissi oyadan,“20 Yanvar” faciəsi ilə bağlı Moskvada çıxış etmişdir. Belə ki, 21 yanvar 1990-cı ildə Heydər Əliyev Moskvada Azərbaycanın Daimi nümayəndəliyinə gələrək, bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun törədilməsi səbəblərini açıqlamış, təşkilatçıların və günahkarların adını bütün dünyaya bəyan etmişdi.

 

           Bu gün Azərbaycan Respublikası müstəqil dövlət  olaraq dünyada tanınır. Məhz  27 sentyabr 2020-ci il tarixdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlanan və 44 günlük Vətən Müharibəsi adı ilə taixə düşən əks-hücum əməliyyatları nəticəsində Azərbaycan Silahlı Qüvvələri  Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etmişdir. Bu haqq savaşında şəhidlərimiz və qazilərimiz oldu.

Allahdan bütün Faciə Qurbanlarına və Şəhidlərimizə Rəhmət diləyirik!

Xəbərlər

1 / 336
AZ EN RU