01.08.2023
Hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və
Dili Günü olaraq qeyd edilir.
1939-cu ildə Sovet İttifaqı rəhbərliyinin göstərişilə Azərbaycada latın qrafikalı əlifbadan kiril qrafikalı əlifbaya keçilmişdi.
Müstəqillik əldə etdikdən sonra 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olundu.
2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı.
2001-ci il avqustun 1-də bütün ölkə ərazisində kiril qrafikalı əlifbanın tətbiqi dayandırıldı.
Ümummilli lider Heydər Əliyev 2001-ci il avqustun 9-da hər il avqustun 1-inin Azərbaycan Əlifbası və Dili Günü kimi qeyd olunması haqqında fərman imzaladı.
Qeyd edək ki, bu gün rəsmi dövlət bayramı sayılsa da, qeyri-iş günü deyil.
Xəbərlər