AQRO-VEST DC MMC COVİD -19 VİRUSU İLƏ MÜBARİZƏYƏ DƏSTƏK

18.04.2020

AQRO-VEST DC MMC COVİD -19 VİRUSU İLƏ MÜBARİZƏYƏ DƏSTƏK

Gündəlik tələbat məhsullarının dağıtımı şirkətlərindən olan AQRO-VEST DC MMC Bakı şəhəri və Qazax rayonu ərazisində həssas təbəqədən  500  ailəyə ərzaq bağlaması paylamağa başlayıb.

     Ölkəmizdə  pandemiyanın yaratdığı təsirlərdən həssas təbəqələrin sosial müdafiəsinin gücləndirilməsi üçün dövlət, özəl biznes və fərdi təşəbbüslər şəklində bir sıra nümunəvi addımlar atılır. Aqrovest DC MMC şirkəti də bu məqsədlə “Biz birlikdə güclüyük” devizi ilə 500  ailəyə ərzaq bağlaması (un, yağ, günəbaxan yağı, qarabaşaq, makaron, peçenye, konfet, halva, pendir, yoğurt, mayonez və s.) paylanılmasına start verib.

     Şirkətin əməkdaşları 15.04.2020-ci il tarixində  Bakı şəhəri, Həzi Aslanov qəsəbəsi ərazisində məskunlaşmış 90 məcburi köçkün və qaçqın ailəsinə, eləcə də fərdi şəkildə 134 ailəyə ərzaq bağlamaları çatdırıb. 

     Bu gün Qazax rayonunun sərhəd xəttində yerləşən Kəmərli kəndində 110 ailəyə ərzaq bağlaması paylanacaqdır. Rayonun İcra Hakimiyyəti və kəndin İcra nümayəndəliyi  diqqətə ehtiyacı olan ailələrin siyahısını müəyyənləşdimiş, təşkilati prosseslərə dəstək vermişlər.

      Şirkət Sabunçu rayon İcra Hakimiyyəti, DSMF Sabunçu rayon şöbəsi, Sabunçu rayon Qarabağ Qazilər birliyi və Sabunçu qəsəbə nümayəndəliyi ilə birlikdə  diqqətə ehtiyacı olan ailələri müəyyənləşdirərək, 17 aprel tarixində Bakıxanov qəsəbəsi ərazisində 50 şəhid və qazi ailəsinə, Sabunçu qəsəbəsi ərazisində isə 116 ailəyə ərzaq bağlaması çatdıracaqdır. 

       Mövcud izolyasiya tədbirlərini və bəzi vətəndaşların sağlamlıq vəziyyətləri nəzərə alınaraq, bağlamaların maksimal dərəcədə birbaşa evlərə çatdırılması təmin olunur.

        AQRO-VEST DC MMC-nin direktoru İlqar Mehdiyev: “Biz karantin günlərində komandamızın əksər hissəsi ilə daim iş başında olmuş, əvvəlkindən daha məsuliyyətlə çalışırıq. Çalışırıq ki, ticarət nöqtələrini vaxtında strateji ərzaq məhsulları - qarabaşaq, yağ, makaron , pendir və unla  faziləsiz təmin edək. Sözsüz ki, sosial məsuliyyətimizi də unutmamış,  500 ailəyə ərzaq payları çatdırmağa qərar vermişik. Cənab Prezidentin qeyd etdiyi kimi, həssas təqəbəqənin qorunması indiki şəraitdə ən vacib məsələdir. Biz daim öz fəaliyyətimizdə cənab Prezidentin amallarına sadiq olmuşuq. Əgər bu gün Prezidentimiz həssas təbəqənin qorunmasını  ən vacib məsələ hesab edirsə, deməli bu bizim üçün bu bir çağırışdır, tapşırıqdır. Biz bu gündən sonra da istər biznes, istərsə də sosial məsuliyyətdə nümunəvi olmağa çalışacağıq!”. 

Xəbərlər

1 / 338
AZ EN RU