02.04.2024
Aprelin 2-də Marketinq departamentinin əməkdaşları şirkətimizin satış komandasına ölkəmizə yeni gətirdiyimiz məhsulların təqdimatını keçiriblər.
Ticari makretinq şöbəsinin müdiri Tural Məmmədov və Quru qida kateqoriyasının meneceri Emil Nağıyev “Makfa” şirkətinin lobya və düyü vermişelləri haqqında iştirakçılara geniş məlumat veriblər. Bildirilib ki, Asiya mətbəxində və bazarında xüsusi yer tutan bu məhsullar əriştə formasındadır. Bu məhsullar yerli bazara yeni daxil olub. Onlar təqdim edilən məhsulların yerli rəqiblərlə müqayisədə ucuz olduğunu da diqqətə çatdırıblar.
Şirniyyat kateqoriyasının müdiri Musayib İmanov isə “Makfa” şirkətinin məhsulları ilə yanaşı, “Xarkov” brendinə məxsus “Mariya” peçenyesi haqqında iştirakçıları məlumatlandırıb.
Xəbərlər