3-cü turun oyunları keçirilib

07.06.2023

3-cü turun oyunları keçirilib


Ötən bazar günü “Aqro-Vest DC” şirkətinin öz əməkdaşları arasında futbol üzrə təşkil etdiyi “Heydər Əliyev Kuboku”nun üçüncü turunun oyunları keçirilib.

Bakı Olimpiya Stadionunun kiçik meydançasında baş tutan turnirin ilk qarşılaşması Satış departamentinin 1-ci komandası “Slavyanskoe” ilə Logistika departamentinin “Lukas” komandaları arasında olub. Gərgin keçən görüş 4:1 hesabıyla “Slavyanskoe” brendinin təmsilçilərinin xeyrinə başa çatıb.

İkinci oyunda Satış departamentinin 2-ci komandası “Roshen” rəqibi, Ət məhsulları departamentinin təmsilçisi “Yamac”ı 3:0 hesabı ilə məğlub edib.  

Üçüncü oyunda isə baş ofisin “Caffino” və “Aqro-Vest Retail”in “Aplus” komandaları mübarizə aparıblar. Görüş uyğun olaraq 2:8 hesabıyla başa çatıb.

Turnirin ən çox qol vuran oyunçuları Musa Süleymanov (12), Sahib Balayev (7), Emil Seyidov (5) olublar.

Hazırda “Aplus” komandası 9 xalla turnir cədvəlinə başçılıq edir.

Xəbərlər

1 / 336
AZ EN RU