“Aqro-Vest DC” MMC-nin əməkdaşları 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət ediblər

19.01.2024

“Aqro-Vest DC” MMC-nin əməkdaşları 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət ediblər

Yanvarın 20-si Azərbaycanda Ümumxalq Hüzn Günüdür.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı ən qəddar cinayətlərdən biri baş verib. Mixail Qorbaçovun başçılığı ilə Sovet rejimi Bakıda əsl qətliam törədib – yerli və mərkəzi hökumətdən Qarabağ münaqişəsinin ədalətli həllini tələb edən dinc əhalidən qisas alıb.

SSRİ müdafiə naziri marşal D.Yazovun rəhbərlik etdiyi 20 min nəfərlik ordu hissələri ölkədə Kommunist Partiyasının hakimiyyətini qorumaq məqsədilə Bakı şəhərinə soxulub. “Zərbə” kod adı verilən hərbi müdaxilə nəticəsində 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, onlarla insan itkin düşüb.

 20 Yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. Dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün ilk növbədə 20 Yanvar şəhidlərinə borcluyuq.

 Bu gün “Aqro-Vest DC” MMC-nin əməkdaşları 20 Yanvar faciəsinin 34-cü ildönümü münasibətilə Şəhidlər Xiyabanına gedərək qəhrəman şəhidlərimizin qəbirlərini ziyatət ediblər.

Allah rəhmət eləsin!

Xəbərlər

1 / 338
AZ EN RU