Mehriban Əliyevanın doğum günüdür

26.08.2023

Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür.

Bu münasibətlə, “Aqro-Vest DC” MMC-nin rəhbərliyi onu təbrik edib. Təbrikdə deyilir:

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım!

 Sizi doğum gününüz münasibətilə böyük kollektivimiz adından, səmimi qəlbdən təbrik edirik!

Siz Azərbaycanın ictimai-siyasi həyatında öz yeri, nüfuzu olan, bütün həyatını ölkə əhalisinin layiqli yaşamasına, milli, mənəvi dəyərlərimizin dirçəldilməsi və qorunmasına həsr edən bir dövlət adamı və ictimai xadimsiniz.

Rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun gerçəkləşdirdiyi layihələrlə istər ölkədaxili, istərsə də ölkəxarici xeyriyyəçilik fəaliyyətinizdə böyük nüfuz qazanmış, çoxlu beynəlxalq mükafatlara layiq görülmüsünüz.

Siz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti olaraq ölkəmiz üçün çox önəmli işlərə imza atmaqdasınız.

Əhalinin sosial problemlərinin həlli, eləcə də xalq qarşısında böyük xidmətləri olan sənət adamlarının qayğısına qalmaq sizin başlıca işləriniz sırasındadır.

İnanırıq ki, Siz ölkəmizin başçısı, cənab İlham Əliyevlə birlikdə bundan sonra da dövlət quruculuğu işində var gücünüzlə çalışacaq, ölkə əhalisinin xoşbəxt yaşaması üçün böyük işlər görəcəksiniz.

Bir daha doğum gününüzü təbrik edir, Sizə cansağlığı və sevincli günlər diləyirik!

Hörmətlə: “Aqro-Vest DC” MMC-nin rəhbərliyi

Xəbərlər

1 / 338
AZ EN RU