Çay süfrənizin sevimli şirniyyatı – marmelad

20.02.2023

Çay süfrənizin sevimli şirniyyatı – marmelad

 Şirniyyatsevərlərin dadı qarşısında duruş gətirə bilmədikləri qidalarından biri də marmeladdır. Onu qatılaşmış meyvə mürəbbəsi də adlandıra bilərik. Marmeladı qatılaşdırmaq üçün pektin, aqar və jelatindən istifadə olunur. İngilisdilli ölkələrdə marmelad yalnız sitrus meyvələrindən hazırlanır.  

Bu söz fransız dilindəki “marmelade”dən gəlir, mənası “heyvadan hazırlanmış mürəbbə” deməkdir. Böyük Britaniyada isə bu cür qatı portağallı mürəbbələr daha məşhurdur. Almanlar isə buna “povidlo” deyirlər.

Marmeladın vətəni Yaxın Şərq və Şərqi Aralıq dənizi sahili ölkələridir. Orada yerli sakinlər meyvələri uzun müddət saxlamaq üçün onları qatılaşana kimi qaynadırlar.

“Aqro-Vest DC” MMC yerli istehlakçılara onların sevimli şirniyyatlarından olan “Azovskaya” brendinə məxsus marmelad çeşidlərini təqdim edir.

Qeyd edək ki, “Azovskaya” Rusiyanın qida sənayesi sahəsində fəaliyyət göstərən məşhur qənnadı fabrikidir. Onun məhsulları içərisində yerli müştərilərin yaxşı tanıdığı, adıçəkilən brendə məxsus 300 qramlıq jeleli, limon və qarağat dadlı marmeladlar ayrıca yer tutur. Bu məhsulları istənilən iri supermarketlərdən əldə edə bilərsiniz.

Ümid edirik ki, bu yazıda yaxşı bir çay süfrəsi üçün gərək olan şirniyyatın marmelad olduğunu müəyyən etdiniz.  

Xəbərlər

1 / 331
AZ EN RU