07.02.2024
Bu gün Azərbaycanda növbədənkənar Prezident seçkiləri günüdür. Prezidentlik uğrunda müxtəlif siyasi partiyaları təmsil edən 7 namizəd mübarizə aparır. Qeyd edək ki, ölkəmizin 33 illik müstəqilliyi dönəmində ilk dəfədir ki, bu mühüm siyasi post uğrunda seçkilər bütün suveren ərazilərimizdə keçirilir.
Seçkinin ən uğurlu namizədi Azərbaycan Respublikasının hazırkı Prezidenti cənab İlham Əliyevdir. Məhz onun komandanlığıyla 30 ildən bəri düşmən tapdağı altında olan torpaqlarımız 44 gün içində şanlı ordumuzun sayəsində geri qaytarıldı.
Təsadüfi deyil ki, bu seçkidə İlham Əliyev və ailə üzvləri Xankəndidə səs veriblər.
Biz “Aqro-Vest DC” MMC olaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevə bu mühüm siyasi yarışda uğurlar diləyir, respublikamızın gələcək inkişafı üçün onun yenidən ölkə başçısı kimi görmək istədiyimizi bildiririk.
Xatırladaq ki, bu seçkidə ölkə üzrə səsvermə hüququ olan 6 milyon 478 min 623 secici qeydə alınıb. Seçicilər 6537 məntəqədə səs verirlər.
İşğaldan azad edilmiş ərazilərdə 26 məntəqə fəaliyyət göstərir. Eləcə də bu gün 37 ölkədə 23 minə yaxın seçici 49 məntəqədə səs verə biləcək.
Seçkiləri izləmək üçün 90 mindən artıq müşahidəçi qeydə alınıb. Bunun 790 nəfəri beynəlxalq müşahidəçidir. Müşahidəçilərin 50 mindən çoxu isə 19 siyasi partiyanın nümayəndəsidir.
Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən 83 qeyri-hökumət təşkilatı da müşahidələr aparır. Həmçinin seçkiləri 109 beynəlxalq media qurumunun 216 nümayəndəsi izləyir.
Xəbərlər