15 İyun Milli Qurtuluş Günüdür

15.06.2023

15 İyun Milli Qurtuluş Günüdür

 

 Bu gün ölkəmizdə Milli Qurtuluş Günü qeyd olunur.

30 il əvvəl ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələrək Azərbaycan xalqını və dövlətini parçalanmadan xilas edib.

 Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub, dövlətçiliyimiz yox olmaq təhlükəsindən qurtulub.

Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev həmin gün Ali Sovetin sədri seçilib. Bununla da uzun illər davam edən gərginlik, qarşıdurma səngiyib, ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas olub.  

Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi qoruyub inkişaf etdirmək idi. Məhz iyunun 15-dən sonra bütün maneələrə baxmayaraq, Heydər Əliyevin başçılığı altında ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olunub.

 1997-ci ildə Milli Məclisin deputatları 15 iyun tarixinin təqvimə Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış ediblər və parlament bu təklifi bəyənib. Həmin vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ölkəmizdə Milli Qurtuluş Günü kimi qeyd edilir.

Xəbərlər

1 / 338
AZ EN RU