AVK – şirniyyatsevərlərin düzgün seçimi

27.12.2022

AVK – şirniyyatsevərlərin düzgün seçimi

 

Əməkdaşlıq etdiyimiz, sizinsə məhsullarını sevdiyiniz şirkətlərdən biri də Ukrayna Respublikasının AVK Qənnadı Fabrikidir.

Bu müəssisə qənnadı məmulatlarının istehsalına görə, Ukraynanın 3 ən qabaqcıl fabrikindən biridir. Fabrik başlıca olaraq şokolad, konfet, peçenye, jele-konfet və başqa şirniyyat məhsullarını yüksək keyfiyyətlə istehsal edir.

30 illik tarixə malik fabrik həm Ukrayna, həm də onun sınırlarından qıraqda özünün çeşidli məhsulları ilə şirniyyatsevərlərin böyük rəğbətini qazanıb.

AVK-nin istehsal müəssisələri Dnepr şəhərində yerləşir. Burada bütün şirniyyatlar ən çağdaş, yüksək texnologiyalı avadanlıqlarla araya-ərsəyə gətirilir.

Şirkətin şirniyyatçıları istehlakçıların sağlamlığının qayğısına qalaraq hətta bir sıra diabetik məhsullar da hazırlayırlar.

AVK hər gün yeni şirin şedevrlər yaradan minlərlə qənnadı mütəxəssislərindən ibarət komandadır. Burada hər kəsin peşəkarlığı ümumi məqsədə gedən yolda uğurun açarıdır.

Hazırda ölkəmizin bütün iri supermarketlərindən AVK Qənnadı Fabikinin bir-birindən dadlı, çeşidli məhsullarını ala bilərsiniz. Bunlardan ən məşhurları “Burunduçok”, “Trufaliye”, “Azorika”, “Korolevskiy” konfet-şokoladları, “Bambuq”, “Kresko”  və başqa peçenyelərdir.  

Xatırladaq ki, “Aqro-Vest DC” MMC 2019-cu ildə Ukraynanın AVK Qənnadı Fabriki ilə “AVK” ticarət nişanlı qənnadı məhsullarının ölkəmizdə distribusiya olunmasıyla bağlı müqavilə imzalayıb.

AVK ilə ağzınız şirin olsun!

Xəbərlər

1 / 337
AZ EN RU