“Gustus” noxudu yeyin, canınız sağlam olsun!

11.01.2023

“Gustus” noxudu yeyin, canınız sağlam olsun!


Əməkdaşlıq etdiyimiz şirkətlərdən biri ilə sizi tanış edirik. Bu, Rusiyanın “Gustus” korporasiyasıdır. 2012-ci ildə yaradılan sözügedən müəssisənin başlıca işi keyfiyyətli, uyğun qiymətə ərzaq məhsulları istehsal etmək və alıcılara çatdırmaqdır. “Gustus”un məhsul çeşidinə şirələr, tərəvəz və meyvə konservləri daxildir.

Burada bütün məhsullar avtomatlaşdırılmış şəkildə ekoloji baxımdan təmiz şəraitdə qablaşdırılır. Müəssisənin istehsal etdiyi məhsullardan biri də salatlar və müxtəlif yeməklərin hazırlanmasında geniş istifadə olunan yumşaq, yaşıl noxuddur. Supermarketlərdən 480 qramlıq “Gustus” yaşıl noxudlarını ala və onun sağlığınıza olan xeyirindən yararlana bilərsiniz.

Bildirək ki, yaşıl noxud C vitamini qaynağıdır. Tərkibindəki anti-oksidantlar hüceyrələrimizi xərçəng riskindən və ürək xəstəliklərindən qoruyur, qocalmanın qarşısını alır. Sümüklərin, dişlərin sağlamlığına yardım edir.

Gözləri mirvari suyundan mühafizə edir. Döş və ağciyər xərçənginə qarşı əla təsir göstərir.

Yarım stəkan bişmiş yaşıl noxud liflərə olan gündəlik ehtiyacımızı təmin edir. O, insanı tox tutur, şəkər xəstəliyi riskini azaldır.

Yaşıl noxud K vitamini ilə də zəngindir. Bu vitamin proteinin istehsal olunmasına yardım edir.

Bişmiş yaşıl noxudda dəmir də var. Dəmir qana oksigenin ötürülməsində və qırmızı qan hüceyrələrinin yaranmasında önəmli rol oynayır.

“Gustus” noxudu yeyin, canınız sağlam olsun!

Xəbərlər

1 / 311
AZ EN RU