Bu bazar 5-ci turun oyunları keçiriləcək

16.06.2023

Bu bazar 5-ci turun oyunları keçiriləcək


İyunun 18-də “Aqro-Vest DC” şirkətinin öz əməkdaşları arasında futbol üzrə təşkil etdiyi “Heydər Əliyev Kuboku”nun növbəti turunun oyunları keçiriləcək.

Bu həftənin bazar günü Bakı Olimpiya Stadionunun kiçik meydançasında baş tutacaq turnirdə yenə də üç komanda yarışacaq.

Meydançaya ilk olaraq “Caffino”-“Lukas”, sonra isə uyğun olaraq “Roshen”-“Aplus” və “Yamac”-“Slavyanskoe” komandaları çıxacaqlar.

Qeyd edək ki, şirkətimizin təşkil etdiyi futbol turniri artıq üçüncü ildir keçirilir.

Xəbərlər

1 / 338
AZ EN RU