Bu gün su çərşənbəsidir

27.02.2024

Bu gün su çərşənbəsidir

Bu gün Novruzun ilk çərşənbəsi Su çərşənbəsi qeyd olunur.

Su çərşənbəsi ilə Novruz bayramı üçün hazırlıqlar başlayır.

İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün birinci su çərşənbəsi qeyd edilir.

Bəzi qaynaqlarda ona “əzəl çərşənbə”, “gül çərşənbə” də deyirlər. Bu çərşənbədə suyun dirilməsi özünü göstərir.

Qədim inanclara əsasən, bu çərşənbə suya tapınma inancı ilə bağlıdır.

İnanca görə “təzə su”, yəni səhər dan yeri sökülməmiş götürülən su min bir dərdin dərmanı sayılır.

Xəbərlər

1 / 338
AZ EN RU