“Slavyanskoe” süd məhsullarımızın reklamı yerli telekanallarda yayımlanır

03.02.2023

“Slavyanskoe” süd məhsullarımızın reklamı yerli telekanallarda yayımlanır


Fevralın 1-dən şirkətimizə məxsus süd məhsulları üzrə özəl “Slavyanskoe” brendinin yerli telekanallarda reklamına başlanılıb.

Sözügedən 30 saniyəlik video reklam çarxı ARB və ATV kanallarında gündə 4-5 dəfə yayımlanır.

Video çarxda brendimizin simaları olaraq Cabir İmanov, Bəhram Bağırzadə və Yana Nikitina çəkiliblər.

Reklam martın sonuna qədər davam edəcək.

Qeyd edək ki, “Slavyanskoe” süd məhsulları artıq 10 ildir Azərbaycan bazarında tanınır. Bu brend ilə kərə yağı, tetrapak süd, pendir, xama və sairə məhsullar istehsal edilir.

Adıçəkilən süd məhsulları ənənəvi slavyan qida emalı qaydalarına uyğun müasir texnoloji avadanlıqlarla hazırlanır.

Xəbərlər

1 / 322
AZ EN RU