“Heydər Əliyev Kuboku”nun yarımfinal mərhələsi iyulun 2-də olacaq

20.06.2023

“Heydər Əliyev Kuboku”nun yarımfinal mərhələsi iyulun 2-də olacaq

 

İyunun 18-də “Aqro-Vest DC” şirkətinin öz əməkdaşları arasında futbol üzrə keçirdiyi “Heydər Əliyev Kuboku”nun növbəti turunun oyunları baş tutub.

Bakı Olimpiya Stadionunun kiçik meydançasında keçirilən turnirdə üç komanda qarşılaşıb. Nəticələrlə sizi tanış edirik.

“Lukas” – “Caffino”: 7-1

“Roshen” – “Aplus”: 2-14

“Slavyanskoe” – “Yamac”: 7-0

Beləliklə, 5 turun nəticəsinə əsasən, ilk 4 yeri tutan komandalar yarımfinal mərhələsində çıxış etmək hüququ qazanıblar.

Qaydalara görə, yarımfinal mərhələsində ümumi xal cədvəlində 1-ci yerin sahibi 4-cü yeri tutan komanda ilə üz-üzə gələcək. 2-ci yeri qazanmış komanda isə 3-cü yer sahibilə qarşılaşacaq.

Oyunlar bir mərhələdən ibarət olacaq və udan komanda finala vəsiqə qazacanaq. Bərabəlik halında isə penalti vuruşları həyata keçiriləcək.

Qeyd edək ki, oyunların yarımfinal mərhələsi iyulun 2-də olacaq.

Xəbərlər

1 / 338
AZ EN RU