Əziz gənclər, gününüz mübarək

02.02.2023

Əziz gənclər, gününüz mübarək

Artıq uzun illərdir ki, Azərbaycanda 2 Fevral Gənclər Günü kimi qeyd olunur. Bu günün maraqlı tarixçəsi var. 1996-ci ilin bu günündə Azərbaycan Gənclərinin I Forumu keçirilib. Bu günü ənənəyə çevirmək məqsədilə 1997-ci ildə Ümummilli Lider Heydər Əliyev 2 Fevral Gənclər Gününün təsis edilməsilə bağlı sərəncam imzalayıb.

2007-ci ildə Azərbaycanda “Gənclər ili” elan edilib. Həmin il Prezident İlham Əliyev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzalayıb.

2011-ci il aprelin 6-da Prezident İlham Əliyev “Azərbaycan gəncliyi  2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında sərəncam imzalayıb.

2011-ci ildə isə Azərbaycan Prezidenti yanında Gənclər Fondu yaradılıb. Ölkə başçısının gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi olub.

İndi Azərbaycan gəncləri həm dövlət idarəçiliyi sistemində, həm də özəl sektorda geniş təmsil olunurlar. Uzun illər işğalda olan torpaqlarımızı yağılardan təmizləyən, ölkəmizin azadlığı yolunda canından keçən şəhidlərimizin çoxunun gənclər olduğunu unutmuruq.

1000 nəfərə yaxın əməkdaşın çalışdığı “Aqro-Vest DC” kollektivinin böyük kəsimini gənclər təşkil edir. Biz əməkdaşımız olan gənclərə inanır, onların şirkətimizin inkişafı üçün yeni ideyalarını, potensialını dəstəkləyir və dəyərləndiririk.

Əziz gənclər, gününüz mübarək!

“Aqro-Vest DC” MMC-nin rəhbərliyi 

Xəbərlər

1 / 331
AZ EN RU