Keyfiyyət başlıca işimizdir

24.11.2022

Keyfiyyət başlıca işimizdir

“Aqro-Vest DC” şirkətinin Keyfiyyət şöbəsinin əsas işi müştərilərimizə yüksək keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi və qida təhlükəsizliyi sahəsində gərəkən tədbirlərin görülməsidir.

Şirkətin məhsul saxlama anbarlarında, nəqliyyat vasitələrində müasir texnologiyaların tətbiqi ilə şöbə tərəfindən məhsulların anbara qəbulu, saxlanması və daşınması  mərhələlərinə   ardıcıl nəzarət olunur.

      Eləcə də müştərilərdən daxil olan təklif və şikayətlər Keyfiyyət şöbəsi tərəfindən diqqətlə araşdırılır. Həmin müraciətlər əsasında daxili audit təşkil olunur və işin daha yüksək səviyyədə aparılması üçün zəruri tədbirlər planı hazırlanır. İş keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə gərək olan tədbirlər görülür.

Xəbərlər

1 / 71
AZ EN RU