Qida məhsullarının qablaşdırılması

10.02.2023

Qida məhsullarının qablaşdırılması

 

“Aqro-Vest DC” MMC olaraq ölkəmizə idxal etdiyimiz məhsulların istehsalçıdan istehlakçıya sağlamlıq üçün təhlükə yaratmadan çatdırılmasına hər zaman böyük önəm veririk.

Qida sektorunda istehlakçıların çoxunda məhsul və onun istehsalçısı haqqında ilkin və güclü təəssüratı məhz qablaşdırma yaradır. Hazırda qida sənayesində əsasən, plastik, şüşə, metal, karton, kağız və kombinləşdirilmiş qablaşdırma materiallarından istifadə olunur.

Düzgün seçilmiş qablaşdırma materialı təzə və emal olunmuş ərzaqların saxlanılması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə, xidmət sahələrində istifadəsi və istehlakı dövründə keyfiyyətinin qorunub saxlanmasında qaçılmaz amildir.

Mütəxəssislər bildirir ki, düzgün seçilmədikdə qablaşdırma materialının tərkibində olan kimyəvi maddələr qidaya nüfuz edə bilər. Bu isə hər sayaq xəstəliklərə səbəb olar.  Şirkət olaraq idxal etdiyimiz məhsulların qablaşdırılmasına diqqətlə yanaşırıq.  

Beynəlxalq təcrübədə qida ilə birbaşa təmasda olan qablaşdırma materialının təhlükəsiz olduğunu istehlakçıya göstərmək üçün qablaşdırmanın üzərində qədəh və çəngəl təsviri olan nişandan istifadə olunur.

Bütün bunlara görə məhsullarını ölkəmizə idxal etdiyimiz tərəfdaş şirkətlərin sağlam qida sənayesi sahəsində böyük təcrübəsinə arxalanırıq.

 

Xəbərlər

1 / 322
AZ EN RU