08.02.2023
Hamının sevimli qidası olan yoğurtu şirniyyat kimi qəbul etmək sizə qəribə gəlməsin. Ukraynalı şirniyyatçıların təxəyyülünün məhsulu olan “Yoğurtini” əsas tərkibi yoğurtdan ibarət karameldir. Tərəfdaşımız olan məşhur “Roshen” qənnadı zavodunun eyniadlı brendinə məxsus “Yoğurtini” karameli dadı, keyfiyyətilə diqqət çəkir.
Gözoxşayan dizayn və qablaşdırmaya malik bu şirniyyat supermarketlərdə çəki məhsulu kimi satılır. Adıçəkilən karamelin qida dəyərinə gəldikdə 100 qram məhsulda zülallar – 0 qram, yağlar – 96,7 qram (onlardan şəkər – 63 qram), duz – 0,01 qram təşkil edir.
“Yogurtini” yoğurt-çiyələk, yoğurt-şaftalı, yoğurt-albalı qarışıqlı ləzzətli karameldir. O, təkcə uşaqların deyil, həm də böyüklərin sevimli şirniyyatıdır.
Bildirək ki, Ukraynanın “Roshen” qənnadı zavodu 200-ə yaxın növdə şirniyyat istehsal edir.
“Aqro-Vest DC” MMC adıçəkilən müəssisənin 130 adda məhsulunu ölkəmizə idxal edir.
Xəbərlər