“Aqro-Vest” Futbol Turniri – 2023-ün püşkatması keçirilib

29.09.2023

“Aqro-Vest” Futbol Turniri – 2023-ün püşkatması keçirilib

Dünən “Aqro-Vest” Futbol Turniri – 2023-ün püşkatması keçirilib.

Şirkətimizin əməkdaşları arasında ənənəvi olaraq düzənlənən bu turnirdə iki qrup üzrə 8 komanda mübarizə aparacaq.

Bura “Caffino”, “Makfa”, “Aplus”, “Roshen”, “Yamac”, “Slobada”, “Lukas” və “Slavyanskoe” komandaları daxildir.

Yarışın qaydalarına görə, oyun meydanında hər komandada eyni anda maksimum 5 oyunçu və 1 qapıçı olacaq. 

Qeyd edək ki, turnirin ilk qarşılaşması oktyabrın 8-də keçiriləcək.

Xəbərlər

1 / 338
AZ EN RU