Ramazan bayramınız mübarək

09.04.2024

Ramazan bayramınız mübarək


Hörmətli  “Aqro-Vest DC” MMC-nin əməkdaşları!

Sizi dünya müsəlmanlarının müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirik!

Müsəlmanlar bu bayramı yüzillərdir İslam dünyasında, eləcə də onun bir üzvü olan ölkəmizdə də qeyd edirlər.

Bu müqəddəs ay hər bir müsəlmanın öz nəfsinə hakim olması, nöqsanlarından qurtulması yolunda acılara dözməsi, bunun üçün çalışması, özünü kamilləşdirməsi, Allaha həsr etməsi ayıdır.

Ramazan bir aylıq oruc və ibadətdən sonra insanın mənəvi rahatlıq tapması və ağır cismani sınaqlardan çıxmasını bayram etməsidir.

İnsanın özünü yaxşılığa, xeyir əməllərə həsr etməsi, başqalarının halını, dərdini duyması və ona yardım göstərməsi Ramazanın başlıca tələblərindəndir.

Qoy bu bayram sizə, doğmalarınıza sevgi və insanlıq dolu bir yaşam gətirsin!

Bayramınız mübarək olsun!

“Aqro-Vest DC” MMC-nin rəhbərliyi

Xəbərlər

1 / 338
AZ EN RU