İlaxır çərşənbəniz mübarək

14.03.2023

İlaxır çərşənbəniz mübarək

 

Bu gün Azərbaycanda torpaq çərşənbəsi, yəni İlaxır çərşənbə qeyd olunur. 

Əski inanclara görə, birinci su oyanır, sonra isə od özünü göstərir. Daha sonra külək havanı yeniləyir. Su, od və yel birlikdə torpağın oyanmasına gətirib çıxarır ki, bununla da ağaclar çiçək açır, təbiət yaşıllaşır, canlanır.

İnama görə, İlaxır çərşənbədə torpaq artıq əkinə hazır olur. Tarlalarda, bağ-bostanda geniş əkin işləri həyata keçirilir.  

Azərbaycanın bəzi bölgələrində sonuncu çərşənbə Novruz bayramından daha geniş, təmtəraqlı şəkildə qarşılanır. Qızlar qapı pusmağa, qulaq falına çıxırlar.

Bütün evlərdə bayram süfrəsi açılır. Süfrəyə baharın nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni, çeşidli şirniyyatlar, plov və başqa milli yeməklər qoyulur.

Uşaqlar qapı-qapı düşüb torbaatma mərasimini icra edirlər. Bu, bayram payını paylaşmağın bir yoludur.

Qohum və qonşular bayramlaşmaq üçün bir-birinin evinə yollanırlar...

Əziz “Aqro-Vest DC” MMC əməkdaşları, İlaxır çərşənbəniz mübarək!

Xəbərlər

1 / 323
AZ EN RU