Ümummilli lider Heydər Əliyev anılıb

12.12.2023

Ümummilli lider Heydər Əliyev anılıb


Dekabrın 12-də “Aqro-Vest DC” MMC-də Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.

Şirkət əməkdaşları öncə görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözüylə şirkətin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi S.İmaməliyev açaraq XX yüzil Azərbaycanın ictimai-siyasi həyatında, dövlətçilik tarixində ayrıca xidmətləri olan Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında məlumat verib.

Qeyd edilib ki, 2023-cü il ölkəmizdə “Heydər Əliyev ili” elan olunub. Bu münasibətlə il ərzində ölkəmizin müxtəlif bölgələrində ictimai-siyasi toplantılar, elmi konfranslar, rəsm sərgiləri və s. təşkil edilib.

Tədbirdə vurğulanıb ki, Heydər Əliyev Azərbaycana iki dönəm rəhbərlik edib. Rəhbərliyinin birinci dönəmində Sovet Azərbaycanında geniş quruculuq işləri həyata keçirilib.

İkinci dönəm rəhbərliyi isə ölkəmizin müstəqilliyinin çətin ilk on ilini əhatə edib. Onun siyasi iradəsi ilə Qarabağ savaşında atəşkəsə nail olunub və bundan sonra xarici şirkətlərlə neft müqavillələri imzalanıb, ölkə iqtisadi inkişaf yoluna qədəm qoyub.

Sonra tədbir iştirakçıları Azərbaycan Televiziyasının istehsalı olan, H.Əliyevin həyatından bəhs edən “Xalqın adamı” adlı sənədli filmini izləyiblər.

Filmdə Azərbaycanın tanınmış insanları böyük siyasət adamı H.Əliyev haqqında fikirlərini bölüşüb, onunla bağlı xatirələrindən söz açıblar.

Xəbərlər

1 / 338
AZ EN RU