“Makfa” məhsulları yerli bazarda tanınmaqdadır

06.12.2022

“Makfa” məhsulları yerli bazarda tanınmaqdadır


Düzgün qidalanma sağlam, uzun və xoşbəxt həyatın tələblərindən biridir. Taxıl məhsullarının insan sağlamlığı üçün faydası elmi-tibbi araşdırmalarla  çoxdan sübut edilib.

Rusiyanın taxıl məhsulları istehsal edən "Makfa" şirkətinin ilk makaron fabriki 1937-ci ildə fəaliyyətə başlayıb. Hazırda fabrikin illik istehsal həcmi 180 min tondur. Şirkət dünyada ilk 5 iri makaron istehsalçılarının siyahısına daxildir.  “Makfa” makaron istehsalı ilə yanaşı, un və dənli bitkilərin istehsalı ilə də məşğuldur. Bu brend Rusiya əhalisinin 98%-nə yaxşı tanışdır. Rusiya vətəndaşlarının yarıdan çoxu “Makfa” məhsulları alır.  

“Makfa” fabriki öz məhsullarını Rusiyanın bütün bölgələrinə, eləcə də Avropa, Asiya, Cənubi və Şimali Amerika və MDB ölkələri də daxil olmaqla 25 ölkəyə ixrac edir.

2016-cı ildə “Aqro-Vest DC” şirkətilə Rusiyanın “Makfa” fabriki arasında makaron, un və dənli bitki məhsullarının ölkəmizdə distribusiya olunması hüququnu təqdim edən müqavilə imzalanıb.

 

Azərbaycan bazarında bu fabrik "Makfa", "Grandi Pasta", "Smak" makaronlarıyla yanaşı, "Makfa" unları və "Makfa" brendi altında dənli bitkilərlə təmsil olunur. Artıq bu məhsul yerli bazarda uğurla öz yerini tutmaqdadır.

“Aqro-Vest DC” şirkəti sayəsində məşhur “Makfa” məhsullarını indi Azərbaycanda çox evdə tapmaq olar. Bunlar taxıldan hazırlanan, gündəlik istifadə olunan çeşidli qida məhsullarıdır.  

Xəbərlər

1 / 349
AZ EN RU