Gətirdiyimiz hansı məhsullardan probiotikləri əldə edə bilərsiniz

20.01.2023

Gətirdiyimiz hansı məhsullardan probiotikləri əldə edə bilərsiniz

 Süd məhsullarında sağlamlıq üçün faydalı olan, tibbdə “dost bakteriyalar” adlandırılan, mədə-bağırsağın təbii mühitinin qorunmasında ayrıca rol oynayan bol probiotik var. 

 “Aqro-Vest DC” şirkəti olaraq tərkibində probiotiklə zəngin süd və süd məhsullarını müxtəlif ölkələrdən respublikamıza gətiririk.

Buna müxtəlif çəkidə, qablaşdırmada olan “Янтарный» pendirlərini, “Слобoда”, “Нежный” bioyoğurtlarını, “Fruttis” brendinə aid yoğurt və kokteylləri, “Komo”nun süd məhsullarını və başqalarını örnək göstərə bilərik.

Bağırsağın təbii mühitini qoruyan, probiotiklə zəngin qidaların başında süd məhsulları gəlir: qatıq, kefir, ayran, pendir, yoğurt, inək və keçi südü, kərə yağı, çuğundur, soya məhsulları, kələm turşusu, körpə qidaları...

Probiotik həzm və immun sisteminə faydalı olan, bağırsaq sağlamlığını təmin edən canlı bakteriyalar və mayalardır. Onun insan sağlığına hansı faydaları var?

- bağırsaq hərəkətini nizamlayır, kalsium, magnezium kimi mineralların sorulmasını asanlaşdırır;

- qanda xolesterol səviyyəsini balanslaşdırır, xəstəlik yaradan bakteriyaların çoxalmasının qarşısını alır;

- qıcıqlanmış bağırsaq sindromu, iltihabi bağırsaq xəstəliyi, xoralı kolit, kron, bağırsaq xərçənginin müalicə və profilaktikasına yardım edir;

- infeksiya, qida zəhərlənməsi, antibiotik istifadəsi nəticəsində yaranan ishalın müalicəsində yaxşı təsir göstərir;

- bağırsaqlarda olan zərərli bakteriyaların miqdarını azaldır, immun sistemini gücləndirməyə və xəstəliklərdən qorunmaya yardım edir;

- yuxu keyfiyyətini yaxşılaşdırır, depresiyanı azaldır.

Probiotikin faydaları bunlarla bitmir...

Bizim gətirdiyimiz süd məhsullarına sağlamlığınızı etibar edə, adıçəkilən brend qidaları istənilən supermarketdən ala bilərsiniz. 

Xəbərlər

1 / 362
AZ EN RU