Futbol turnirimizin üç qarşılaşması keçirilib

22.05.2023

Futbol turnirimizin üç qarşılaşması keçirilib

“Aqro-Vest DC” MMC-nin Ümummilli lider Heydər Əliyevin doğumunun 100-cü ildönümü ilə əlaqədar şirkət əməkdaşları arasında Olimpiya Stadionunun kiçik meydançasında keçirdiyi “Heydər Əliyev Kuboku” futbol turnirinin ötən bazar günü baş tutan oyunları maraqlı qarşılaşmalarla yadda qalıb.

Şirkətimizin Logistika departamentini təmsil edən “Lukas” komandası Ət məhsulları departamentinin təmsilçisi “Yamac”la üz-üzə gəlib. Matç 6:2 hesabıyla “Lukas”ın xeyrinə başa çatıb.

Satış-1 əməkdaşlarından təşkil olunmuş “Slavyanskoe” komandası ilə “Aqro-Vest Retail”-i təmsil edən “Aplus” komandası yarışıblar. Görüş 2:3 hesabıyla ikincinin qələbəsiylə yekunlaşıb.

Satış-2 əməkdaşlarının “Roshen” komandası ilə ofis təmsilçilərinin “Caffino” komandasının qarşılaşmasında isə 3:7 hesablı nəticə qeydə alınıb.

Gərgin keçən matçlarda Sahib Balayev 5, Emil Seyidov 4, Tahir Səfərov 3 qol vurmalarıyla yadda qalıblar.

Hazırda “Caffino” komandası 3 xalla turnir cədvəlinə başçılıq edir.

Xəbərlər

1 / 336
AZ EN RU