“Belmas” kərə yağı

13.01.2023

“Belmas” kərə yağı

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, hər gün yediyimiz yağların 1/3-nin doymuş, 2/3-nin isə doymamış yağ olması gərəkdir.

Qeyd edək ki, doymuş yağlar heyvan mənşəli  yağlardır. Doymamış isə bitki tərkibli duru yağlardır. Alimlər yetkin insanın gündəlik yağ istifadəsinin 60-70 qram olmasını norma sayır.

Sağlam qidalanma rejimində enerjinin 30%-nin yağlardan alınması təklif edilir.

Ona görə də yeyilməsi gərək olan yağ miqdarı yağ növləri arasında düzgün nizamlanmalıdır.

Bütün bitki və heyvan mənşəli qidaların tərkibində yağ var. Yağlar böyümə və insan sağlamlığ üçün önəmlidir. Yağ bədənin əsas enerji qaynağıdır.

Elmi araşdırmalarla insanın yaşaması üçün 50-yə yaxın qida elementinə ehtiyacı olduğu müəyyənləşib. Sağlam böyümə, uzun ömür sürmək üçün bu elementlərin hər birindən gündəlik nə qədər qəbul edilməsi təyin olunub.

Bu elementlərin hər hansı biri qəbul edilmədiyi, gərəyindən az, ya da artıq yeyildiyində böyüməyə və inkişafa əngəl olduğu elmi baxımdan sübut edilib.

Yağlar təkcə yeməklərə dad qatmır, eləcə də bədənin normal işləməsi üçün həyati önəm daşıyır.

Unutmayaq ki, yağ hüceyrələrimizin bütünlüyünü qoruya və işlərini yerinə yetirə bilməsi üçün qaçılmaz qida elementidir.

Biz alıcılarımıza Belarus istehsalı olan “Belmas” kərə yağını tövsiyə edirik. “Belmas” inamla hər cür yeməklərin hazırlanmasında istifadə edə biləcəyiniz keyfiyyətli, sağlam yağdır. 

Новости

1 / 338
AZ EN RU