Həmrəyliyin və Yeni ilin mübarək, əziz xalqımız!

30.12.2022

Həmrəyliyin və Yeni ilin mübarək, əziz xalqımız!


“Aqro-Vest DC” MMC Azərbaycan xalqını və öz əməkdaşlarını 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni – 2023-cü ilin gəlişi münasibətilə təbrik edir!

Yola saldığımız 2022-ci il xalqımızın həyatında mühüm hadisələrlə yadda qaldı, ölkəmiz bir sıra beynəlxalq və yerli uğurlara imza atdı.

Azərbaycan ərazi bütövlüyünün qorunması yolunda öz prinsipial mövqeyindən əl çəkmədi, düşmənin bütün xain həmlələrinə həm beynəlxalq müstəvidə, həm də ölkə içində tutarlı cavab verdi.

Ölkə həyatının bütün sahələrində mühüm irəliləyişlərə nail olundu. İşğaldan azad edilmiş ərazilərimizdə geniş quruculuq işləri başlandı, qaçqın və məcburi köçkünlərimizin bir hissəsi uzun illərdən sonra öz yurdlarına yaşamaq üçün geri döndü.

Azərbaycanın beynəlxalq aləmdə söz yiyəsinə çevrilməsi ölkəmizdən qıraqda yaşayan 50 milyonluq soydaşımızın tarixi torpaqlarımızın bir parçasında qurduğumuz müstəqil dövlətimizin  ətrafında daha sıx birləşməsini təmin etdi. İndi biz dünyada 60 milyonluq sarsılmaz millət və gücük!

Qoy 2023-cü il xalqımızın həyatına fərəhli hadisələr, günlər gətirsin! Bunun üçün hər birimizin üzərinə müəyyən öhdəliklər düşür. Hər birimiz dövlətimiz və xalqımızın xoşbəxt gələcəyi uğrunda əzmlə çalışmalı, fədakarlıq etməli, həmrəyliyimizi daha da gücləndirməliyik.

Həmrəyliyin və Yeni ilin mübarək, əziz xalqımız!

 Hörmətlə: “Aqro-Vest DC” MMC-nin rəhbərliyi

News

1 / 338
AZ EN RU